Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-07-2023 , 10:23

8748

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İcra başçısı: “Heç kimə rüşvət verilməməlidir”

İcra başçısı: “Heç kimə rüşvət verilməməlidir”

“Qanunsuz tikintilər aparılmamalıdır. Hər bir qanunamüvafiq aparılan tikintinin tərəfdarıyam və hər zamanda dəstəkləyirəm. Cəlilabad rayonunda qanunamüavafiq şəkildə aparılıan tikintinin qarşısı alınmır və alına  da bilməz.” – bu fikirləri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Çinarlı kəndində keçirdiyi səyyar görüşdə bildirib.

İcra başçısı daha sonra bununla bağlı daim irəli sürdüyü üç  tələbin olduğunu da açıqlayıb:

“Birinci tələbim odur ki, heç kimə rüşvət verilməməlidir. Vəzifəyə təyinat alandan elan eləmişəm ki, rayonda  birmənalı olaraq rüşvət olmamalıdır. Fürsətdən  istifadə edib, bir daha elan edirəm: kim, hansı vəzifə sahibi  sizdən rüşvət tələb edirsə bizə məlumat verin.

İkinci tələbim odur ki, inşa edilən obyekt gözəl olmalı, qarşısı abadlaşdırılmalı və binanın forma və məzmunu ətrafın memarlıq üslubuna uyğun olmalı, gecə işıqlandırılması quraşdırlamalıdır. Hətta qarşısnda avtodayanacağı da olmalıdır.

Üçüncü tələbim odur ki, inşa edilən tikinti mühafizə zolağında olmamalıdır.

Bu tələbləri yerinə yetirənlərə hər zaman  yaşıl işıq yandırılıb. Başqa bir tələbimiz yoxdur.

Allah xeyrinizi versin. Hətta beş kvadratlıq yerin inşası artıq bir nəfərin işlə təmin olunması deməkdir.” 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
353

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
727

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
704

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
576

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
700